Hörmətli cənab Prezident.
Hamımıza məlumdur ki, dünya dövlətləri iqtisadi gücünə, hərbi qüdrətinə, insan potensialına baxmayaraq böyük bir təhlükə ilə üzləşiblər. Pandemiya bəlası fərq qoymadan hər bir dövlətin qapısını döyməkdədir. Bəzi dövlətlər iqtisadi maraqlarını əsas tutaraq izolyasiya tədbirlərini vaxtında görmədikləri üçün xəstəliyə daha çox yaxalandılar. Siz isə, cənab Prezident, insan amilini əsas götürərək vaxtında qabaqlayıcı tədbirlər gördünüz. Azərbaycan bu sahədə, hətta başqa dövlətlərə də nümunə oldu. Pandemiyaya qarşı mübarizə ilə əlaqədar yardım fondu yaratdınız. Fondun yaradılmasında məqsəd xalqımızın həmrəyliyini nümayiş etdirmək idi. Örnək olaraq, Siz və Mehriban xanım bir illik əməkhaqqınızı həmin fonda ianə etdiniz. Biz də kollektiv olaraq, Sizin səsinizə səs verdik və fonda kollektivimiz tərəfindən toplanmış pulu ianə etdik. Məqsədimiz Sizə dəstək olmaq, həmrəylik nümayiş etdirmək və üzərimizə düşən vətəndaşlıq borcunu yerinə yetirməkdir.
Cənab Prezident, biz Sabirabad şəhər M.Müşfiq adına 4 nömrəli tam orta məktəbin kollektivi olaraq Sizin pandemiyaya qarşı gördüyünüz bütün tədbirləri dəstəkləyirik. İnanırıq ki, xalqımız Sizin sayənizdə bu bəladan ən az itkilərlə çıxacaq. Biz Sizə inanırıq.
Dərin hörmətlə,
Sabirabad şəhər M.Müşfiq adına 4 nömrəli tam orta məktəbin kollektivi adından
Mahir Zahidov
Azərbaycan Respublikası, Sabirabad şəhəri.